Qelebə.az / "Real" futbolçusunu digər La Liqa klubuna icarəyə verdiyini açıqlayıb

"Real" futbolçusunu digər La Liqa klubuna icarəyə verdiyini açıqlayıb

29-07-2025, 14:36

İspaniya təmsilçisi "Real" (Madrid) yarımmüdafiəçisi Mario Martini "Xetafe"yə icarəyə verdiyini açıqlayıb.

"QELEBE.AZ" "Kral klubu"nun mətbuat xidmətinə istinadən xəbər verir ki, La Liqa kollektivləri arasındakı müqavilənin müddəti 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.

Ötən mövsüm 21 yaşlı Martin "Valyadolid"də icarə əsasında çıxış edib və La Liqada 30 matçda 1 məhsuldar ötürmə edib.

Geri qayıt