Qelebə.az / İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” ilə oyundan 3 xalla ayrılıb

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” ilə oyundan 3 xalla ayrılıb

6-01-2023, 03:10

İngiltərə Premyer Liqanın XIX turunda “Mançester Siti” səfərdə “Çelsi”ni 1:0 hesabı ilə məğlub edib.

“QELEBE.AZ” xəbər verir ki, görüş londonluların stadionunda – “Stenford Bric”də baş tutub.

Oyunda yeganə qolu 63-cü dəqiqədə Cek Qrilişin ötürməsi ilə Riyad Mahrez vurub. Mahrez və Qriliş 60-cı dəqiqədə meydana daxil olublar.

Görüşün 5-ci dəqiqəsində “Çelsi”nin hücumçusu Rahim Sterlinq zədə səbəbindən əvəzlənib, 22-ci dəqiqədə eyni səbəbdən komanda yoldaşı Kristian Pulişiç meydanı tərk edib.

Xosep Qvardiolanın yetirmələri 3 görüşdür (iki qələbə, bir heç-heçə) məğlub olmur və 17 matçda 39 xalla turnir cədvəlində ikincidir. Onlar lider “Arsenal”dan 5 xal geri qalırlar. “Çelsi” 25 xalla 10-cu yerdədir.

Qeyd edək ki, növbəti turda “şəhərlilər” yanvarın 14-də səfərdə əzəli rəqibləri “Mançester Yunayted”lə, “Çelsi” isə yanvarın 12-də səfərdə onunla eyni şəhəri təmsil edən “Fulhem”lə qarşılaşacaq.

Geri qayıt