Qelebə.az / “Real”ın yetirməsi Azərbaycan klubuna keçib

“Real”ın yetirməsi Azərbaycan klubuna keçib

10-08-2025, 16:50

“Qəbələ” klubu İspaniya təmsilçisi “Real”ın yetirməsini heyətinə qatıb.

“Report”un məlumatına görə, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qırmızı-qaralar” Xayme Syerra ilə müqavilə imzalayıb.

Qeyd edək ki, “Real”ın yetirməsi son olaraq Xorvatiyada “Varajdin”in formasını geyinib.

Geri qayıt