“Qalatasaray” və Kolumbiya millisinin sabiq forvardı Radamel Falkaonun son klubu “Millonarios”da vurduğu son 4 qolda istifadə olunan toplar satışa çıxarılıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.
39 yaşlı hücumçunun ikisi “Santa Fe”yə, biri “Nasional”a, digəri isə “Onse Kaldas”a vurduğu qollarda istifadə olunan toplar hərraca çıxarılıb.
Topların qiymətləri isə belədir:
"Santa Fe" (0-1): 25 min dollar
"Onse Kaldas" (2-2): 20 min dollar
"Santa Fe" (1-2): 50 min dollar