Qelebə.az / “Milli Aviasiya Akademiyası”nda iki yeni müqavilə

“Milli Aviasiya Akademiyası”nda iki yeni müqavilə

13-08-2025, 17:27

Qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası” heyətini iki yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Serbiyalı voleybolçular - Yovana Cociç və İva Laziçin keçidi rəsmiləşib. Onlarla 1 illik müqavilə imzalanıb.

Cociç son olaraq Yunanıstanın “AONS Milon”, Laziç isə ölkəsinin “Partizan” komandasında çıxış edib.

Geri qayıt