Qelebə.az / “Barselona”da yeni müqavilə

“Barselona”da yeni müqavilə

15-08-2025, 23:32

"Barselona" Jül Kunde ilə bağlı qərarını verib.

QELEBE.AZ xəbər verir ki, klub onunla müqavilə müddətini artırıb.

Bu barədə Karaloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fransalı müdafiəçi ilə yeni müqavilə 2030-cu ilədək nəzərdə tutulub. 26 yaşlı futbolçunun "Barselona" ilə əvvəli razılaması 2027-ci ilin yayında bitməli idi.

Qeyd edək ki, Kunde 2022-ci ildən "Barsa"da oynayır. O, bu müddət ərzində 141 oyunda 7 qol və 18 ötürmə ilə yadda qalıb.

Geri qayıt