Qelebə.az / Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib

Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib

16-08-2025, 10:39

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib.

"Report" xəbər verir ki, 33 yaşlı hücumçu buna evdə "Bunrmut"a qalib gəldikləri (4:2) I turun oyununda fərqlənməklə nail olub.

Misirli forvard çempionatda 187-ci qolunu vuraraq bu göstəricidə Endi Kola çatıb.

Qeyd edək ki, mütləq rekord Alan Şirerə məxsusdur - 260 qol. Harri Keyn (213) ikinci, Ueyn Runi (208) üçüncü pillədə qərarlaşıb.

Geri qayıt