Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Almaniya kubokunda mübarizəyə start verib.
Apasport.az xəbər verir ki, onun komandası I mərhələdə V Liqa təmsilçisi "Ayntraxt 1949"la qarşılaşır.
Həmyerlimiz görüşə start heyətdə başlayıb. O, 15-ci dəqiqədə fərqlənib. Bu, Emrelinin yeni mövsümdə ilk rəsmi qolu olub.
Qeyd edək ki, hazırda davam edən matçda hesab 4:0 "Kayzerslautern"in xeyrinədir.