Qelebə.az / "Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb

"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb

18-08-2025, 13:36

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ruben Amorim Premyer Liqada son 16 ilin ən pis göstəricisinə imza atıb.

"QELEBE.AZ" "Opta"ya istinadən xəbər verir ki, bu, komandanın I turda evdə "Arsenal"a uduzması ilə reallaşıb.

Mütəxəssis "qırmızı şeytanlar"da 15-ci məğlubiyyətini (7 qələbə, 6 heç-heçə) alıb. O, bu nəticəni 28 matçda əldə edib. Bu isə Çempionşipdən Premyer Liqaya yüksəlməyən komandalarda 2009-cu ildən bəri ən pis nəticədir.

2009-cu ildə "Portsmut"un baş məşqçisi Pol Hart 27 qarşılaşmada 15 məğlubiyyət alıb və 2009/2010 mövsümünün noyabrında istefaya göndərilib.

Geri qayıt