Qelebə.az / Azərbaycanın qadın güləşçisi dünya çempionatında bürünc medal qazana bilər

Azərbaycanın qadın güləşçisi dünya çempionatında bürünc medal qazana bilər

19-08-2025, 21:30

Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazana bilər.

"QELEBE.AZ" xəbər verir ki, Günay Qurbanova (59 kq) debütdə misirli Rahma Bedivi üzərində inamlı qələbə qazanıb – 6:0.

Güləşçimiz daha sonra litvalı Anna Tielieginaya tam üstünlüklə (12:2) qalib gələrək yarımfinala yüksəlib. İsveçli Karin Samuelssonla qarşılaşma gərgin mübarizə şəraitində keçib.

Son saniyələrdə qayda pozuntusuna görə üstünlüyü əldən verən Günay qələbədən məhrum olub – 7:8.

Qurbanova sabah bürünc medal uğrunda güləşəcək.

Geri qayıt