Qelebə.az / Azərbaycan birinciliyi keçiriləcək

Azərbaycan birinciliyi keçiriləcək

20-08-2025, 17:44

Yeniyetmə qız və oğlan voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Oktyabrda start götürəcək çempionat üç yaş qrupunu (U-14, U-16, U-18) əhatə edəcək.

Yarışda iştirak etmək istəyən komandalar sentyabrın 1-nə kimi federasiyaya müraciət edə bilərlər.

Ötən mövsüm olduğu kimi, bu dəfə də birincilikdə Bakı və region komandalarının iştirakı nəzərdə tutulub.

Geri qayıt