Qelebə.az / Millimiz təlim-məşq toplanışına start verib

Millimiz təlim-məşq toplanışına start verib

21-08-2025, 12:17

Gənc qızlardan ibarət cüdo milli komandamız İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

Hazırlıq prosesinə yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edir.

Qeyd edək ki, qitə birinciliyi 4–7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.

Geri qayıt