Qelebə.az / Azərbaycanın karate millisi III MDB oyunlarına Türkiyədə hazırlaşacaq

Azərbaycanın karate millisi III MDB oyunlarına Türkiyədə hazırlaşacaq

21-08-2025, 15:20

III MDB oyunlarına hazırlıq məqsədilə idman karatesi (WKF) üzrə Azərbaycan milli komandası Türkiyəyə yola düşüb.

Bu barədə "QELEBE.AZ"a Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Yığmamız avqustun 21-dən 24-dək İstanbul şəhərində təşkil olunacaq “Uluslararası Marmara Cup Turnuvası” beynəlxalq yarışında gücünü sınayacaq. Ardınca isə avqustun 25-dən 31-dək “Gənclik Kampı” təlim-məşq toplanışlarında iştirak edəcək.

Milli komanda baş məşqçi Şahin Atamovun rəhbərliyi altında turnir və hazırlıq prosesinə qatılacaq.

Geri qayıt