Qelebə.az / Karateçilərimiz III MDB Oyunlarına hazırlıq üçün Türkiyəyə yollanıb

Karateçilərimiz III MDB Oyunlarına hazırlıq üçün Türkiyəyə yollanıb

21-08-2025, 15:57

Azərbaycan karateçiləri III MDB Oyunlarına hazırlığı Türkiyə davam etdirəcəklər.

Apasport.az xəbər verir ki, komanda bu gün İstanbula yola düşüb.

Yığmamız avqustun 24-dək beynəlxalq Mərmərə kubokunda gücünü sınayacaq. Ardınca - avqustun 25-dən 31-dək “Gənclik Kampı” təlim-məşq toplanışlarında iştirak edəcək.

Milli komanda baş məşqçi Şahin Atamovun rəhbərliyi altında turnir və hazırlıq prosesinə qatılacaq.

Geri qayıt