Qelebə.az / "Mançester Siti" futbolçusu ilə yeni müqavilə imzaladığını elan edib

"Mançester Siti" futbolçusu ilə yeni müqavilə imzaladığını elan edib

22-08-2025, 13:14

İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Siti" müdafiəçisi Ruben Diaşla müqavilənin müddətini uzadıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı portuqaliyalı futbolçu 2029-cu ilə qədər "şəhərlilər"in uğurları üçün çalışacaq.

Onun əvvəlki sözləşməsinin müddəti 2027-ci ildə başa çatacaqdı.

Qeyd edək ki, R.Diaş 2020-ci ildən "Mançester Siti"də çıxış edir. O, komandanın heyətində keçirdiyi 222 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt