Qelebə.az / Rumıniya klubunun yeni mövsüm öncəsi 94 xalı silinib

Rumıniya klubunun yeni mövsüm öncəsi 94 xalı silinib

22-08-2025, 16:23

Rumıniya Futbol Federasiyası III divizionda yer alan “Universitatya" (Krayova) klubunun yeni mövsüm öncəsi 94 xalını silib.

"Report" xəbər verir ki, bu barədə “Voetbal International” jurnalı məlumat yayıb .

Müvafiq qərarı qurumun İntizam Komitəsi qəbul edib. Cəza oyunçulara və məşqçilərə bir sıra ödənilməmiş borcları, həmçinin 2023-cü ildə ölkə kubokunda keçirilən oyun üçün “Dinamo” (Buxarest) qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar verilib.

94 xalın silinməsinə illərlə yığılan sanksiyalar səbəb olub.

Federasiya kluba borclarını ödəmək üçün sentyabrın 3-dək vaxt verib. Tələblər yerinə yetirilməsə, komandaya yeni sanksiyalar tədbiq olunacaq və bütün turnirlərdən kənarlaşdırılacaq. Bu iş üzrə yekun qərarın sentyabrın 25-də veriləcəyi planlaşdırılır.

Geri qayıt