Qelebə.az / Millimizin oyunlarının tarixi müəyyənləşdi

Millimizin oyunlarının tarixi müəyyənləşdi

22-08-2025, 17:14

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

B Liqasının 1-ci qrupunda yer alan millimiz oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq. Matçlar Moldovada təşkil olunacaq.

Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra məlumat veriləcək.

Geri qayıt