Qelebə.az / "Şuşa" yeni futzalçılarla anlaşıb, klubun loqosu dəyişib

"Şuşa" yeni futzalçılarla anlaşıb, klubun loqosu dəyişib

25-08-2025, 11:00

Yeni mövsümün hazırlığını davam etdirən “Şuşa” komandası heyətini bir neçə futzalçı ilə gücləndirib, həmçinin loqosunu dəyişib.

"QELEBE.AZ"un məlumatına görə, Yüksək Liqa təmsilçisi “Neftçi” İK-dan ayrılan Namiq Məmmədkərimov və Adil İsmayılovla, eləcə də “Araz-Naxçıvan”ın da formasını geyinmiş qapıçı Azər Fərmanovla anlaşıb.

Ötən mövsüm “Yasamal Bakı”da çıxış etmiş Elçin Məmmədov da “Şuşa”nın uğurları üçün çalışacaq.

Klub həmçinin yeni mövsümə yeni loqo ilə start verəcək.

Geri qayıt