"Fənərbaxça" daha bir transfer reallaşdırıb.
QELEBE.AZ xəbər verir ki, klub Kerem Aktürkoğlunu rənglərinə bağlayıb.
Bunu İstanbul təmsilçisinin mətbuat xidməti açıqlayıb.
26 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Onun son klubu "Benfika" olub.
Qeyd edək ki, Aktürkoğlu daha öncə "Qalatasaray"da çıxış edib.