Qelebə.az / "Qalatasaray" 3 xalı darmadağınla qazanıb

"Qalatasaray" 3 xalı darmadağınla qazanıb

13-01-2023, 22:58

"Qalatasaray" Türkiyə Super Liqasında növbəti qələbəsini qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, İstanbul təmsilçisi XVIII turda evdə "Hatayspor"u darmadağın edib - 4:0.

Hesabı 9-cu dəqiqədə Kerem Aktürkoğlu açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü və 6-cı dəqiqələrində fərqlənən Xuan Mata fərqi 3 topa çatdırıb. Son nöqtəni isə 77-ci dəqiqədə Bafetimbi Qomis qoyub.

Bu qələbədən sonra xallarını 42-yə çatdıran "Qalatasaray" liderliyini möhkəmləndirib. 17 xalı olan "Hatayspor" isə 16-cı pillədə qərarlaşıb.

Geri qayıt