Qelebə.az / "Fənərbaxça" daha bir oyunçu ilə yolları ayırıb

"Fənərbaxça" daha bir oyunçu ilə yolları ayırıb

9-09-2025, 12:14

"Fənərbaxça"nın futbolçusu Aleksandr Ciku karyerasını Rusiyada davam etdirəcək.

QELEBE.AZ xəbər verir ki, 31 yaşlı müdafiəçi "Spartak"a transfer olub.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, "sarı-lacivərdlilər" oyunçunun keçidindən 2,5 milyon avro gəlir əldə edəcək.

Qeyd edək ki, Qana millisinin üzvü olan Ciku 2023-cü ildən "Fənərbaxça"da çıxış edirdi.

Geri qayıt