Qelebə.az / Azərbaycanın UEFA reytinqində qazancı

Azərbaycanın UEFA reytinqində qazancı

17-09-2025, 10:19

Azərbaycan UEFA reytinqində xallarını artırıb. 

QELEBE.AZ xəbər verir ki, bunun səbəbi “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsində “Benfika”nı məğlub etməsi olub.

Azərbaycan çempionu Portuqaliya təmsilçisinə 3:2 hesabı ilə qalib gəlməklə ölkə reytinqinə 0,500 xal əlavə edib.

Bununla da Azərbaycanın reytinqdəki xalı 21,500-ə yüksəlib və ölkəmiz Slovakiyanı 0,125 xal qabaqlayaraq 25-ci pilləni ələ keçirib.

Qeyd edək ki, reytinqə 95,450 xalla İngiltərə başçılıq edir.

Geri qayıt