Qelebə.az / Azərbaycanın fiqurlu konkisürəni viza probleminə görə Avropa çempionatını buraxacaq

Azərbaycanın fiqurlu konkisürəni viza probleminə görə Avropa çempionatını buraxacaq

17-01-2023, 17:45

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Finlandiyanın Espoo şəhərində keçiriləcək Avropa çempionatını buraxacaq.

"QELEBE.AZ"un məlumatına görə, bu barədə TASS-a Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev açıqlama verib.

O bildirib ki, 22 yaşlı idmançı viza ala bilmədiyi üçün yarışa qatılmayacaq: "Finlandiyanın Azərbaycanda səfirliyi yoxdur. Viza almaq üçün Türkiyənin paytaxtı Ankaraya uçmalı idi. Litvintsev isə hazırda dünya çempionatına hazırlaşır".

Qeyd edək ki, rusiyalı fiqurlu konkisürən Azərbaycan yığmasının heyətində 2018-ci ildə Minskdə keçirilmiş Avropa çempionatında debüt edib. O, Pekin-2022 Qış Olimpiya Oyunlarında 18-ci yeri tutub.

Geri qayıt