Qelebə.az / "Çelsi"nin ulduzu sıradan çıxdı - 3 həftə oynamayacaq

"Çelsi"nin ulduzu sıradan çıxdı - 3 həftə oynamayacaq

26-09-2025, 15:06

“Çelsi”nin gənc ulduzu Kol Palmer zədələnib.

QELEBE.AZ xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Enzo Mareska jurnalistlərə açıqlama verib.

İtaliyalı mütəxəssisin sözlərinə görə, 23 yaşlı yarımmüdafiəçi təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Kol Palmer bu mövsüm “zadəganlar”ın heyətində 10 rəsmi oyuna çıxıb və 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt