Qelebə.az / III MDB Oyunları: stolüstü tennis yarışlarının qalibi müəyyənləşib

III MDB Oyunları: stolüstü tennis yarışlarının qalibi müəyyənləşib

29-09-2025, 14:52

Qəbələ Olimpiya kompleksində III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışları bitib.
 
Apasport.az xəbər verir ki, Rusiya komandası bu idman növündə 10 medal (9 qızıl, 1 gümüş) qazanaraq birinci olub.

6 gümüş, 3 bürünc medal qazanan Azərbaycan idmançıları ikinci, Belarus isə 1 gümüş, 6 bürünc mükafatla üçüncü olub.
 
Özbəkistan 1 gümüş, 6 bürünc medalla dördüncü, Qazaxıstan isə 3 bürünc medalla beşinci yeri tutub.

Geri qayıt