Qelebə.az / “Qarabağ” Danimarka klubunu qəbul edir - YENİLƏNİR

“Qarabağ” Danimarka klubunu qəbul edir - YENİLƏNİR

1-10-2025, 11:00

UEFA Çempionlar Liqası ilə yanaşı, UEFA Gənclər Liqasında da əsas mərhələnin II tur qarşılaşmaları keçirilir.

Apasport.az xəbər verir ki, yarışda təmsilçimiz "Qarabağ"ın U-19 komandası Bakıda meydana çıxacaq.

Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda Danimarkanın "Kopenhagen" kollektivi ilə üz-üzə gələcək.

Suraxanıda yerləşən "Azərsun Arena"da keçiriləcək matç saat 14:00-da başlanacaq.

UEFA Gənclər Liqası
II tur
14:00. “Qarabağ” U19 - “Kopenhagen” U19

Geri qayıt