Qelebə.az / Argentina millisinin üzvü daha 5 il "Bayer"də

Argentina millisinin üzvü daha 5 il "Bayer"də

3-10-2025, 15:31

"Bayer" futbolçusu Ezekiel Palasiosla müqavilənin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 26 yaşlı yarımmüdafiəçi daha 5 il Bundesliqa təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Argentina millisinin üzvü olan Palasios "Bayer"ə 2020-ci ildə "River Pleyt"dən 17 milyon avro qarşılığında transfer olunub.

Geri qayıt