Qelebə.az / “Arsenal”ın kapitanı sıradan çıxıb

“Arsenal”ın kapitanı sıradan çıxıb

5-10-2025, 22:40

"Arsenal"ın heyətində ciddi itki baş verib.

QELEBE.AZ xəbər verir ki, London təmsilçisinin kapitanı Martin Odeqard sıradan çıxıb.

Norveçli yarımmüdafiəçi Premyer Liqanın VII turunun "Vest Hem"lə matçında (2:0) dizindən zədələnib.

Komandanın baş məşqçisi Mikel Arteta oyundan sonra jurnalistlərə açıqlamasında 26 yaşlı futbolçunun zədəsinin ciddi olduğunu bildirib.

Qeyd edək ki, Martin Odeqard bu mövsüm "Arsenal"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Geri qayıt