Qelebə.az / “Atletiko” “Barselona”nın hücumçusunu transfer edib

“Atletiko” “Barselona”nın hücumçusunu transfer edib

19-01-2023, 12:00

İspaniyanın “Atletiko” klubu ölkənin digər təmsilçisi “Barselona”nın futbolçusu Memfis Depayı transfer edib.

“Report” xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.

O bildirib ki, Niderland millisinin üzvü keçidi tamamlamaq üçün şəxsi təyyarəsi ilə Madridə yollanıb. Bu gün tibbi müayinədən keçəcək 29 yaşlı oyunçu ardından “Atletiko” ilə 2025-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq. “Barselona” bu keçiddən təxminən 3-4 milyon avroluq gəlir əldə edəcək.

Qeyd edək ki, Memfis Depay bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 4 oyunda 1 qol vurub.

Geri qayıt