Qelebə.az / "Tottenhem"in sabiq futbolçusu faciəvi hadisə nəticəsində ölüb

"Tottenhem"in sabiq futbolçusu faciəvi hadisə nəticəsində ölüb

19-01-2023, 20:03

İngiltərənin "Tottenhem" komandasının sabiq futbolçusu Anton Uolks faciəvi hadisə nəticəsində ölüb.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi qayıq qəzasında dünyasını dəyişib.

Son olaraq ABŞ-da "Şarlott" komandasının formasını geyinən ingiltərəli oyunçu Mayami yaxınlığında qəzaya uğrayıb.

Qeyd edək ki, Anton Uolks 2016 - 2018-ci illərdə "Tottenhem"in şərəfini qoruyub.

Geri qayıt