"Barselona"da yeni müqavilə qeydə alınıb.
QELEBE.AZ xəbər verir ki, kataloniyalılar Frenki de Yonqla razılığa gəlib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi daha 4 il La Liqa təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, “Barsa” Niderland millisinin üzvü olan de Yonqu 2019-cu ildə “Ayaks”dan 86 milyon avro qarşılığında transfer etmişdi.