Qelebə.az / "Sabah" Gəncə təmsilçisinə qarşı

"Sabah" Gəncə təmsilçisinə qarşı

23-10-2025, 09:33

Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək.

QELEBE.AZ xəbər verir ki, günün yeganə matçında "Sabah" "Gəncə"ni qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

"Sabah" A qrupunda 6 xalla liderdir. Rəqiblərindən bir oyun az keçirən bölgə təmsilçisi 3 xalla dördüncüdür.

Qeyd edək ki, IV tura oktyabrın 26-da yekun vurulacaq.

Geri qayıt