Qelebə.az / ÇL: “Azerreyl” Serbiya klubuna məğlub olub

ÇL: “Azerreyl” Serbiya klubuna məğlub olub

23-10-2025, 22:54

Ölkəmizi Çempionlar Liqasında təmsil edən kişi voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün turnirdə ilk oyununa çıxıb.

Apasport.az xəbər verir ki, ilkin mərhələdə komandamızın rəqibi Serbiyanın “Radniçki” klubu olub.

FHN-nin idman zalında baş tutan qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun ən yaxşısı “Radniçki” klubunun 13 nömrəli oyunçusu Qayoviç Vladimir seçilib.

Qeyd edək ki, cütün cavab görüşü oktyabrın 29-da Serbiyada keçiriləcək.

Çempionlar Liqası
İlkin mərhələ (I oyun)
23 oktyabr
“Azərreyl” – “Radniçki” 0:3 (21:25, 18:25, 22:25)

Geri qayıt