Qelebə.az / "Neftçi" legionerini Kipr klubuna satıb

"Neftçi" legionerini Kipr klubuna satıb

23-01-2023, 15:41

"Neftçi" futbolçusu Qodsvey Donyonu Kiprin "Apollon" (Limassol) komandasına satıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi ilə danışıqlar uğurla başa çatdırılıb.

Qeyd edək ki, qanalı hücumçu 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.

14:59

"Neftçi"nin futbolçusu Qodsvey Donyonun Kiprin "Apollon" (Limassol) komandasına keçidi rəsmiləşib.

"Report"un məlumatına görə, bu barədə Limassol klubunun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, 29 yaşlı hücumçunun transferinə dair "ağ-qaralar"la ilkin razılıq əldə olunub.

Təcrübəli forvard "Apollon"la 2025-ci ilin yayınadək müqavilə imzalayacaq. Transferin digər detalları bəlli deyil.

Qeyd edək ki, Qodsvey Donyo ötən il "Neftçi"yə keçib. Onun "ağ-qaralar"la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulmuşdu.

Geri qayıt