Qelebə.az / “Çelsi”nin Bakıya səfər proqramı müəyyənləşib

“Çelsi”nin Bakıya səfər proqramı müəyyənləşib

3-11-2025, 10:55

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Qarabağ”ın qonağı olacaq İngiltərənin “Çelsi” klubunun Bakıya səfər proqramı müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, London klubu Bakıya matçdan 1 gün öncə - noyabrın 4-də gələcək.

“Zadəganlar”ın Bakıda oyunöncəsi mətbuat konfransı və açıq məşqi nəzərdə tutulmayıb.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də start götürəcək.

Geri qayıt