Qelebə.az / Qarnaço: “Qarabağ”la oyunda qələbəyə layiq idik”

Qarnaço: “Qarabağ”la oyunda qələbəyə layiq idik”

6-11-2025, 01:35

“Düşünürəm ki, bu oyunda qələbəyə layiq idik”.

QELEBE.AZ xəbər verir ki, bu sözləri “Çelsi”nin argentinalı vingeri Aleksandro Qarnaço deyib.

O, komandasının daha üstün oynadığını qeyd edib: “Çox sayda qol vəziyyəti yaratdıq. Biz “Çelsi”yik və hər oyunu qazanmağa çalışmalıyıq. Burada xal itirmək bizim üçün xoş olmayan haldır".

Qarnaço məşqçi heyətinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdığını vurğulayıb: “Həmişə komandanın tapşırıqlarını yerinə yetirməyə səy göstərirəm. Öz oyunumla kömək edib qol vurmağa çalışıram. Amma bu kifayət deyil - qələbə qazanmalı idik. Belə uzun səfərlər asan deyil, amma vəziyyət belədir, bunu etməliyik. Bu, bəhanə ola bilməz”.

Argentinalı futbolçu azarkeşlərin dəstəyinə görə minnətdarlığını da ifadə edib: “Harada olur-olsun, azarkeşlərin yanımızda olması hər zaman çox önəmlidir. Onlar gəlib bizi dəstəklədilər və buna görə onlara minnətdarıq”.

Geri qayıt