Qelebə.az / “Sabah” Fransa klubuna uduzub

“Sabah” Fransa klubuna uduzub

12-11-2025, 22:28

"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxıb.

QELEBE.AZ xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi "Elan Şalon"la üz-üzə gəlib.

B qrupunun matçı Milli Gimnastika Arenasında saat 20:00-da start götürüb.

Oyun qonaqların 89:87 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Bakı klubu daha əvvəl bu rəqibinə 71:84 hesabı ilə uduzub. "Sabah" həmçinin Çexiyanın "Nimburk" (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına da məğlub olub.

Geri qayıt