Qelebə.az / "Qəbələ" ilə oyun "Kəpəz"in baş məşqçisi üçün əlamətdar olub

"Qəbələ" ilə oyun "Kəpəz"in baş məşqçisi üçün əlamətdar olub

25-01-2023, 11:43

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov üçün yubileylə əlamətdar olub.

"QELEBE.AZ" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” ilə Gəncədəki 2:2 hesablı heç-heçə 52 yaşlı mütəxəssisin ölkə çempionatında 50-ci bərabərliyi olub.

O, baş məşqçi kimi 4 klubda çalışıb. Əhmədovun rəhbərliyi altında 2014 - 2017-ci illərdə AZAL 31, 2017/18 mövsümündə “Neftçi” 3 heç-heçə edib. 2018-2020-ci illərdə “Şamaxı”da 9 bərabərliyə şahid olan mütəxəssis cari mövsüm “Kəpəz”də 7-ci heç-heçəni izləyib.

Əhmədov Azərbaycan çempionatları tarixində 50 və daha çox qarşılaşmada komandası bir xal qazanan 8-ci baş məşqçidir. Ən çox sülh Qurban Qurbanovun hesabındadır. Onun komandaları 111 dəfə meydandan bir xalla ayrılıb.

Geri qayıt