Qelebə.az / Bakıda qol buraxdı, tarixə düşdü

Bakıda qol buraxdı, tarixə düşdü

17-11-2025, 12:19

Fransa yığmasının qapıçısı Luka Şevalye ölkəsinin tarixinə düşüb.

Apasport.az xəbər verir ki, 24 yaşlı qolkiper yığmada debüt oyununda ən tez qol buraxan ikinci qapıçı olub.

Şevalye Azərbaycan millisi ilə matçda 4-cü dəqiqədə qapısında top görüb.

Sonuncu dəfə 1935-ci ildə Rene Lyense millidə debüt oyununda italyanlardan 4-cü dəqiqədə qol buraxmışdı.

Bakıda keçirilən Azərbaycan – Fransa oyunu qonaqların qələbəsiylə başa çatıb – 3:1.

Geri qayıt