Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində qılıncoynatma yarışları davam edir.
QELEBE.AZ saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, təmsilçimiz Vahab Fətullayev qırğızıstanlı Roman Petrovla üz-üzə gəlib.
Rəqibini 15:9 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinala vəsiqə qazanıb.