Qelebə.az / Yüksək Liqanın III turunda daha bir matç keçirilib

Yüksək Liqanın III turunda daha bir matç keçirilib

20-11-2025, 17:23

Qadın voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının III turunda daha bir matç keçirilib.

Apasport.az xəbər verir ki, "DH Volley" klubu "Murov Az Terminal"la üz-üzə gəlib.

Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan matç "DH Volley" kollektivinin 3:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə UNEC "Azərreyl"i 3:0 hesabı ilə məğlub edib. III tura noyabrın 21-də yekun vurulacaq.

Geri qayıt