Qelebə.az / İsko “Betis”də qalacaq - YENİ MÜQAVİLƏ İMZALADI

İsko “Betis”də qalacaq - YENİ MÜQAVİLƏ İMZALADI

24-11-2025, 19:24

“Real Betis” İsko ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, komanda 33 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya millisinin üzvü 2028-ci ilin yayına qədər La Liqa təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, İsko 2023-cü ildən “Betis”də çıxış edir.

Geri qayıt