İspaniyanın "Barselona" klubunun 53 oyunluq seriyası başa çatıb.
QELEBE.AZ xəbər verir ki, Kataloniya təmsilçisinin qol vurmaq seriyası qırılıb.
Bu, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İngiltərənin "Çelsi" kollektivinə uduzduqları matçda (0:3) reallaşıb.
"Barselona" son olaraq 2024-cü il dekabrın 15-dəki qarşılaşmada rəqib qapısına yol tapa bilməyib. Komanda həmin vaxt "Leqanes"ə məğlub olub - 0:1.