Bolqarıstan çempionatının 18-ci turu start götürüb.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” evdə “Botev”lə (Plovdiv) qarşılaşıb. Oyun qolsuz heç-heçə (0:0) ilə başa çatıb.
Hüseynov meydana start heyətində çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki, “Arda” hazırda 21 xalla 9-cu yerdədir.