Qelebə.az / "Siti"nin müdafiəçisi yenidən zədələnib

"Siti"nin müdafiəçisi yenidən zədələnib

8-12-2025, 12:35

“Mançester Siti”nin mərkəz müdafiəçisi Con Stounz yenidən zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola mətbuat konfransında açıqlama verib.

İspan mütəxəssis futbolçunun durumunun hələlik qeyri-müəyyən olduğunu bildirib:

“Stounz yenidən zədə alıb, lakin onun nə qədər müddətə sağalacağını bilmirəm”.

31 yaşlı müdafiəçi bu səbəbdən şənbə günü Premyer Liqada “Sanderlend”lə görüşü buraxıb. Sözügedən qarşılaşma “Mançester Siti”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, İngiltərə təmsilçisi Çempionlar Liqasının altıncı turu çərçivəsində səfərdə “Real Madrid”lə üz-üzə gələcək.

Geri qayıt