Qelebə.az / FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb

FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb

9-12-2025, 15:17

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Apasport.az xəbər verir ki, o, "Frayburq" - "Zaltsburq" matçını idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Qeyd edək ki, "Frayburq" - "Zaltsburq" matçı dekabrın 11-də baş tutacaq.

Geri qayıt