Qelebə.az / FİFA 2026 Dünya Kubokunun mükafat fondunu açıqladı – rekord artım

FİFA 2026 Dünya Kubokunun mükafat fondunu açıqladı – rekord artım

18-12-2025, 11:06

FİFA 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi Dünya Kubokunda paylanacaq mükafat pullarını elan edib.

QELEBE.AZ xəbər verir ki, 2026 Dünya Kubokunun mükafat fondu 2022-ci ildə Qətərdə keçirilən turnirlə müqayisədə 50 faiz artırılıb. Ümumilikdə turnirdə 727 milyon dollar mükafat pulu paylanacaq.

Dünya çempionu adını qazanan komanda 50 milyon dollar, finalçı 33 milyon dollar, üçüncü yerin sahibi isə 29 milyon dollar mükafat əldə edəcək.

2026 Dünya Kuboku üzrə mükafat bölgüsü:

Çempion: 50 milyon dollar

İkinci yer: 33 milyon dollar

Üçüncü yer: 29 milyon dollar

Dördüncü yer: 27 milyon dollar

5–8-ci yerlər: 19 milyon dollar

9–16-cı yerlər: 15 milyon dollar

17–32-ci yerlər: 11 milyon dollar

33–48-ci yerlər: 9 milyon dollar

Bundan əlavə, turnirdə iştirak edən hər milli komanda əlavə olaraq 1,5 milyon dollar gəlir əldə edəcək.

Qeyd edək ki, 2026 Dünya Kuboku tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.

Geri qayıt