Qelebə.az / Ronaldonun komandasına transfer qadağası

Ronaldonun komandasına transfer qadağası

20-12-2025, 18:50

FIFA “Əl Nəsr” klubuna transfer qadağası qoyub.

QELEBE.AZ xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı təmsilçisinin sabiq futbolçusu Emerik Laporteya (red-indi “Atletik”də oynayır) bəzi ödənişləri ödəməməsidir.

“Əl Nəsr” 9 milyon avro borcunu ödədikdən sonra yeni oyunçular transfer edə bilər.

Səudiyyə Ərəbistanı klubunda portuqaliyalı hücumçu Kriştiano Ronaldo çıxış edir.

Geri qayıt