Qelebə.az / “Fənər” Fransa millisinin üzvü ilə razılıq əldə edib

“Fənər” Fransa millisinin üzvü ilə razılıq əldə edib

3-01-2026, 20:40

“Fənərbaxça” heyətini yeni oyunçu ilə gücləndirməyə çox yaxındır.

QELEBE.AZ xəbər verir ki, İstanbul klubu “Latsio”da çıxış edən Mateo Gendozi ilə razılaşma əldə edib.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

“Sarı-lacivərdlilər” 26 yaşlı yarımmüdafiəçi üçün A Seriyası təmsilçisinə 25+2 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, “Latsio” Gendozini 2024-cü ildə “Marsel”dən 13 milyon avroya transfer edib. Fransa millisinin üzvü cari mövsümdə komandasının heyətində 15 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt