Qelebə.az / Dadaşov Polşa klubu ilə məşqlərə başlayıb

Dadaşov Polşa klubu ilə məşqlərə başlayıb

6-01-2026, 16:47

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Motor”la məşqlərə başlayıb.

QELEBE.AZ xəbər verir ki, forvard Lublin təmsilçisinin qış toplanışına qoşulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Motor” yanvarın 10-dan Belekdə (Türkiyə) hazırlığa başlayacaq. Renatın bu toplanışda olub-olmayacağı dəqiqləşməyib.

Daha əvvəl Polşa klubunun Renatı satışa çıxardığı bildirilmişdi.

Geri qayıt